logo

TRACECA-nın Azərbaycan hissəsində 4,2 milyon ton yük daşınıb

10:32 25-03-2020 | icon 2779
TRACECA-nın Azərbaycan hissəsində 4,2 milyon ton yük daşınıb

Bu ilin yanvar ayında  Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 4,2 milyon ton, yük dövriyyəsi isə 915,6 milyon ton-kilometr olub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, yüklərin 2,8 milyon tonu və ya 65,4 faizi avtomobil nəqliyyatı, 1 milyon tonu və ya 25,4 faizi dəmir yolu nəqliyyatı, 396,4 min tonu və ya 9,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 17,8 faizini və ya 763,9 min tonunu tranzit yüklər təşkil edib