logo

İranda koronavirusdan ölənlərin sayı 2 minə çatır

20:18 24-03-2020 | icon 2401
İranda koronavirusdan ölənlərin sayı 2 minə çatır

İranda koronavirusa yoluxanları sayı artmaqda davam edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, koronavirusa yoluxanların sayı 24 min 811-ə, ölənlərin sayı isə 1934-ə yüksəlib.

İranın Səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib ki, 12 elmi tədqiqat mərkəzində yeni virusa qarşı vaksinin yaradılması istiqamətində alimlər iş aparırlar. Onun sözlərinə görə, iranlı alimlər yeni təkliflərlə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan tədqiqatlara qoşulacaqlar.

İran prezidenti isə bir daha bəyan edib ki, ABŞ-ın sanksiyaları virusla mübarizə aparmaq imkanlarını məhdudlaşdırır. Prezident bildirib ki, İran bir tərəfdən koronovirusla, digər tərəfdən isə sanksiyalarla mübarizə aparır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) generalı Məhəmməd Pakpur bildirib ki, ölkəsi martın 25-də bioloji silahdan müdafiə manevrlərinə başlayacaq. Manevrlər zamanı Tehran da daxil olmaqla böyük şəhərlərdə dezinfeksiya işləri həyata keçiriləcək.