logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

13:13 24-03-2020 | icon 2086
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 28 cinayətin üstünü "isti izlər"lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli  16,  qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.