logo

Keçmiş məhkumun avtomobildən 1 kq-dək heroin götürülüb

12:48 24-03-2020 | icon 252
Keçmiş məhkumun avtomobildən 1 kq-dək heroin götürülüb

Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də Alar kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsirovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, avtomobilə baxış zamanı oradan 970 qram heroin və 570 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.