logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 40-a çatır

10:10 24-03-2020 | icon 2716
Türkiyədə koronavirusdan ölənlərin sayı 40-a çatır

Yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 7 nəfərin ölümünə səbəb olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, gün ərzində daha 3672 şübhəli şəxs üzərində test aparılıb. Onlardan 293 nəfərdə virus aşkarlanıb.

Beləliklə, Türkiyədə sözügedən infeksiyaya yoluxanların sayı 1549 nəfərə çatıb. İnfeksiyadan ölnlərin sayı isə son məlumata görə 37-dir.