logo

Bakı prokurorluğu Tofiq Yaqublunun həbs barədə məlumat yaydı

16:28 23-03-2020 | icon 2128
Bakı prokurorluğu Tofiq Yaqublunun həbs barədə məlumat yaydı

Bakı şəhər prokurorluğu martın 23-də Milli Şuranın üzvü Tofiq Yaqublunun həbs barədə məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumatda bildirilib ki, Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.