logo

Baş prokurorluq KMD Fonduna  857 min manat köçürüb

14:55 23-03-2020 | icon 2100
Baş prokurorluq KMD Fonduna  857 min manat köçürüb

Azərbaycan Respublikasının Baş prokurorluğu koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə prezident İlham Əliyevin imzaladığı 2020-ci il 19 mart tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 857 min manat məbləğində vəsait köçürüb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O, bildirib ki, sosial həmrəylik nümayiş etdirən respublika Baş prokurorluğu, respublika Hərbi prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanları işçilərinin könüllü istəyi ilə aylıq vəzifə maaşlarının 50 faizini təşkil edən həmin vəsaitin ianə edilməsi dövlət başçısının ölkəmizdə virusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq həyata keçirilib.