logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

14:16 23-03-2020 | icon 2163
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 12 cinayətin üstünü "isti izlər"lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.