logo

Yanvarda Azərbaycanda 11,2 min körpə doğulub

13:53 23-03-2020 | icon 2093
Yanvarda Azərbaycanda 11,2 min körpə doğulub

Yanvarda Azərbaycanda 11 min 279 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 13,4 təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.Qeyd edilib ki, doğulan körpələrin 336-sı əkiz, 6-sı isə üçəmdir.

Yanvarda, həmçinin ölkədə 5177 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-ə bərabər olub.