logo

İlk 2 ayda Azərbaycandan 6,2 milyon ton neft nəql olunub

12:11 23-03-2020 | icon 2513
İlk 2 ayda Azərbaycandan 6,2 milyon ton neft nəql olunub

Yanvar-fevral aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 6 milyon 270,8 min ton neft nəql olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, nəqletmənin 80,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və iki ayda bu kəmərlə 5 milyon 29,5 min ton neft nəql edilib.

Hesabat dövründə BTC ilə 723,9 min ton tranzit nefti də ötürülüb.