logo

DİN rayondan gələnlərin rüşvətlə Bakıya buraxılmasını yalanladı

11:10 23-03-2020 | icon 2114
DİN rayondan gələnlərin rüşvətlə Bakıya buraxılmasını yalanladı

Daxili İşlər Nazirliyi (DİN) rayon qeydiyyatında olan şəxslərin 25 manat müqabilində Bakı şəhərinə buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

YeniAvropa xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov jurnalistlərə bildirib ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar yalan və qərəzlidir.

"Bu qərəzli məlumatları o şəxslər yayırlar ki, onlar məlum qadağanı bilərək Bakı şəhərinə üz tuturlar və polis onları paytaxta buraxmır. Buna görə də yalan və qərəzli məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmaq istəyirlər. Nəzərinizə çatdırım ki, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Quba istiqamətlərində qoyulmuş postların fəaliyyəti DİN rəhbərliyi tərəfindən müşahidə kameraları vasitəsi ilə daim izlənilir. Bir daha vətəndaşları Nazirlər Kabinetinin məlum qərarına əməl etməyə çağırırıq",-deyə Ehsan Zahidov vurğulayıb.