logo

Gürcüstanda zəlzələ qeydə alınıb

20:37 22-03-2020 | icon 2443
Gürcüstanda zəlzələ qeydə alınıb

Martın 22-də Gürcüstan ərazisində 3,3 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Gürcüstanın İmereti bölgəsində, Kutaisi yaxınlığında, Tsxaltubo rayonunun Kumistavi kəndi ərazisində qeydə alınıb.

Zəlzələnin episentri 8 kilometr dərinlikdə olub.

Dağıntı və fəlakət barədə məlumat verilməyib.