logo

Koronavirusla görə Qırğızıstanda fövqəladə vəziyyət elan olundu

15:28 22-03-2020 | icon 2583
Koronavirusla görə Qırğızıstanda fövqəladə vəziyyət elan olundu

Koronavirusla bağlı martın 22-dən Qırğızıstanda bir ay müddətinə fövqəladə vəziyyət elan olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə Qırğızıstan Nazirlər kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki,  bununla bağlı qərar baş nazir Muxammedkalıy Abılqaziyevin keçirdiyi müşavirədə elan edilib.

Bu qərarla əlaqədar olaraq hökumətin qarşıısında paytaxtda və vilayətlərdə blokpöostların yaradılması, əhalinin ilkin tələbat malları və dərmanlarla fasiləsiz olaraq təmin olunması, ölkə daxilində aviareyslərin həyata keçirilməsi, ictimai nəqliyyatın, ərzaq mağazalarının və apteklərin işinin qaydaya salınması vəzifələri qoyulub.

Bildirilir ki, hər bir vəzifəli şəxs tabeliyindəki sahənin fasiləsiz işləməsi üçün şəxsən məsuliyyət daşıyacaq. Yerli özünüidarə orqanlarının rəhbərləri də ilk növbədə əhalinin ərzaqla təmin olunmasını həyata keçirməlidir. Xaricdən ərzaq gətirilməsi sahəsində heç bir problem yoxdur, buna görə də vətəndaşlar ərzaq və dərman qıtlığı ilə rastlaşmayacaqlar.

 

Xatırladırıq ki, hazırda Qırğızıstanda koronavirusa tutulanların sayı 14 nəfərdir.