logo

Türkiyədə qatar qəzası baş verib

11:54 22-03-2020 | icon 2317
Türkiyədə qatar qəzası baş verib

Türkiyənin Elazığ bölgəsində sərnişin qatarının lokomotivinin yoldan çıxması nəticəsində iki nəfər yaralanıb. Hadisə dəmir yolunun dağ yamacından keçən hissəsində baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, yaralananlardan biri maşinist, digəri qatar nəzarətçisidir.

Qatardakı sərnişinlər təxliyə olunublar.

Qəzanın nəticələrinin aradan qaldırılması üçün əraziyə ağır texnika və qaldırıcı kranlar cəlb olunur.