logo

XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat köçürüb

11:15 22-03-2020 | icon 2219
XİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215 min manat köçürüb

Azərbaycanın Xarici İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

 YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ölkə başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 215.000 AZN məbləğində ianə ayrılmasına dair qərar qəbul edib.