logo

Daha bir Avropa çempionatı təxirə salındı

10:12 22-03-2020 | icon 3087
Daha bir Avropa çempionatı təxirə salındı

Beynəlxalq Badminton Federasiyası COVİD-19 səbəbindən bu idman növü üzrə Avropa çempionatının təxirə salındığını elan edib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətinin rəhbəri Kənan Hakimov məlumat verib. Onun sözlərinə görə, yarış qeyri-müəyyən vaxta təxirə salınıb.

"Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa çempionatı aprelin 21-26-da keçirilməli idi. Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun da iştirak edəcəyi turnirin bu il ərzində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Beynəlxalq Badminton Federasiyası komandalararası dünya çempionatını və daha bir neçə turniri də təxirə salıb.