logo

Xokkey üzrə dünya çempionatı da koronavirusa görə ləğv edildi

19:14 21-03-2020 | icon 357
Xokkey üzrə dünya çempionatı da koronavirusa görə ləğv edildi

Mayın 8-də İsveçrədə keçirilməli olan xokkey üzrə dünya çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bununla əlaqədar Beynəlxalq Xokkey Federasiyası qərar qəbul edib. Səbəb kimi təşkilatçı ölkədə xəstəliyə yoluxanların sayının sürətlə artması göstərilib.

Mundial mayın 24-dək davam etməli idi.

Qeyd edək ki, hazırda dünyada xokkey turnirlərinin çoxu dayandırılıb.