logo

Azərbaycan prezidenti pakistanlı həmkarını təbrik etdi

18:28 21-03-2020 | icon 238
Azərbaycan prezidenti pakistanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Pakstanın milli bayramı münasibətilə prezident  Arif Alviyə təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:

"Hörmətli cənab prezident,

Ölkənizin milli bayramı − Pakistan Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan-Pakistan münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, strateji tərəfdaşlığımız, beynəlxalq təşkilatlarda, xüsusən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".