logo

Yaxın Şərqdə aviaşirkətlər iflas həddinə çatıb

14:57 21-03-2020 | icon 2471
Yaxın Şərqdə aviaşirkətlər iflas həddinə çatıb

Yaxın Şərq və Afrika ölkələrinin aviaşirkətləri koronavirus pandemiyası ilə əlaqədar iflas həddinə çatıb. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) hökumətlərə müraciət edərək mülki aviasiya sektoruna təcili yardım etməyə çağırıb.

IATA-nın baş direktoru Aleksandr de Juniak bildirib ki, hazırda Afrika və Yaxın Şərq ölkələrindəki aviaşirkətlərin uçuşları 60 faiz azalıb. Assosiasiya rəhbəri hesab edir ki, onların tamamilə iflas olmaması üçün 200 milyard dollar təcili yardım tələb olunur.

Assosiasiyanın Yaxın Şərq üzrə təmsilçisi Məhəmməd Əl Bəkri bəyan edib ki, aviaşirkətlər ölkələrin ÜDM-nin artmasına da öz töhfəsini verirdi. Belə ki, Yaxın Şərqdə bu rəqəm 130 milyard dollar olub. Eyni zamanda, regionda mülki aviasiya sektoru 2,4 milyon insanı işlə təmin edib. Afrikada isə aviaşirkətlər 6,2 milyon iş yeri açıb və indi onlar bağlanma təhlükəsi ilə üzləşə bilər.

Qeyd olunub ki, cari ilin fevralından etibarən Afrikada aviaşirkətlər 4.4 milyard dollar zərərə uğrayıb. Yaxın Şərq ölkələrində isə bu müddətdə 16 min aviareys ləğv edilib, aviaşirkətlər 7,2 milyard dollar itiriblər. Ölkələrin bir çoxunda daxili uçuşlar da qadağan edilib.