logo

73-cü Kann Festivalı da koronavirusa görə təxirə salındı

22:38 20-03-2020 | icon 26768
73-cü Kann Festivalı da koronavirusa görə təxirə salındı

May ayının 12-dən 23-dək keçirilməsi planlaşdırılan 73-cü Kann Festivalı koronavirus epidemiyasına görə təxirə salınıb. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə tədbirin təşkilatçılarının yaydığı bəyanarda bildirilib. Qeyd edilib ki, festivalın bu il iyunun sonunda və ya iyulun əvvəlində keçiriləcəyi nəzərdə tutulur.

“Optimizmi saxlayır və ümid edirik ki, koronavirus epidemiyasının pik nöqtəsi martın sonuna təsadüf edəcək. Ancaq vəziyyəti anlayırıq, vəziyyət dəyişməsə festival ləğv olunacaq”,-deyə festivalın prezidenti Pyer Lekür (Pierre Lescure) qeyd edib.

Kann şəhərində planlaşdırılmış bir çox böyük festivallar və sərgilər naməlum tarixə qədər təxirə salınıb.

Xatırladaq ki, 40 mindən 200 minədək professionalı birləşdirən Kann Festivalı əvvəllər də ləğv olunub. Birinci Kann Festivalı 1939-cu il sentyabrın 1-də Polşanın Almaniya tərəfindən işğalı günündə baş tutmalı idi. Ancaq iki gün sonra Fransa və Böyük Britaniya Almaniyaya qarşı müharibəyə başladıqları üçün festivalın keçirilməsi dayandırılır. Rəsmi olaraq birinci Kann Festivalı 1946-cı il sentyabrın 20-də açılır. Ancaq büdcə problemləri ilə üzləşən festivalın gələcəyi bir neçə il ərzində qeyri-müəyyən olaraq qalır və 1948 və 1950-ci illər festivalı ləğv olunur.