logo

Xüsusi Minsk-Bak çarter reysləri  həyata keçiriləcək

15:20 20-03-2020 | icon 2212
Xüsusi Minsk-Bak çarter reysləri  həyata keçiriləcək

Belarusda yaşayan Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslər təşkil olunacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə “Belavia” şirkətindən bildirilib. Milli aviadaşıyıcının yaydığı məlumatda qeyd edilib ki, koronavirusla bağlı Belarusla Azərbaycan arasında hava məkanı qapalı olduğundan şirkət martın 21, 25 və 29-da yerli vaxtla 23:15 Bakıya xüsusi reysləri reallaşdıracaq. Martın 22, 26 və 30-da isə yerli vaxtla 04:35-də Bakıdan Minskə aviareyslər həyata keçiriləcək.

Biletlər artıq “Belavia” şirkətinin ofisində satılır. Biletlər yalnız Azərbaycan və Belarus vətəndaşları üçün satılacaq.