logo

Gürcüstan sabahdan bütün aviareysləri  dayandırır

14:59 20-03-2020 | icon 2366
Gürcüstan sabahdan bütün aviareysləri  dayandırır

Martın 21-dən Gürcüstan bütün aviauçuşları dayandıracaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani martın 20-də keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, martın 21-dən etibarən Gürcüstanın bütün istiqamətlərdə hava nəqliyyatı ilə əlaqələri kəsiləcək. Yalnız “Gürcüstan hava yolları” hökumətlə koordinasiya olunmuş şəkildə uçuşlar həyata keçirə biləcək.

“Georgian Airways” şirkətinin baş direktoru Roman Bokeriya bəyan edib ki, şirkət əməkdaşlarının 95 faizini müddətsiz və əmək haqqı ödənilmədən məzuniyyətə göndərir.