logo

2 ayda büdcənin gəlirləri 3,6 milyard, xərcləri isə 3,3 milyard manat olub

12:19 20-03-2020 | icon 2919
2 ayda büdcənin gəlirləri 3,6 milyard, xərcləri isə 3,3 milyard manat olub

Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 3 milyard 613,2 milyon manat, xərcləri isə 3 milyard 330,2 milyon manat təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatda bildirilib.  

Öz növbəsində Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə büdcənin icrasında 283 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,2 faizi qədər profisit yaranıb.