logo

UNESCO-nun Baş direktorundan  Beynəlxalq Novruz Günü təbriki

11:23 20-03-2020 | icon 2233
UNESCO-nun Baş direktorundan  Beynəlxalq Novruz Günü təbriki

UNESCO-nun Baş direktoru Odre Azule 21 mart – Beynəlxalq Novruz Günü münasibətilə ictimaiyyətə müraciət edib.

 YeniAvropa  UNESCO-nun saytına istinadla xəbər verir ki, müraciətdə dünya birliyinin Beynəlxalq Novruz Günündə yazın və yeni ilin gəlişini bayram edən 300 milyon qadın, kişi və uşağın sevincinə qoşulduğu bildirilir. Vurğulanır ki, bugünkü iqlim dəyişikliyi və biomüxtəlifliyin azalması fonunda Novruzun bəşəriyyət üçün xüsusi mənası var. Əhali sayının azaldığı yerdə və ətraf mühitin vəziyyətinin pisləşdiyi şəraitdə biz planetimizin rahatlığını və gözəlliyini qoruyub saxlamaq üçün səylərimizi birləşdirməliyik. Bu, eyni zamanda, ekoloji təhsil verməklə gənc nəslə planetimizə qayğı prinsiplərini öyrətməkdir. Beynəlxalq Novruz Günündə UNESCO hər kəsi baharın gəlişini, həyatın oyanışını qeyd etməyə və qorumağa çağırır.

Xatırladaq ki, 2010-cu ildən Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisinin qətnaməsinə əsasən martın 21-i Beynəlxalq Novruz Günü kimi qeyd olunur.

Müraciətin tam mətnini UNESCO-nun saytından oxumaq mümkündür.