logo

Mehriban Əliyeva Azərbaycan xalqının Novruz bayramını təbrik etdi

10:11 20-03-2020 | icon 2219
Mehriban Əliyeva Azərbaycan xalqının Novruz bayramını təbrik etdi

Birinci vitse-prezidenti Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

YeniAvropa xəbər verir ki, bu barədə Mehriban Əliyeva özünün rəsmi “Instagram” səhifəsində paylaşım edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”.