logo

İtaliyada koronavirusdan ölənlərin sayı 3400-ə çatıb

20:21 19-03-2020 | icon 2366
İtaliyada koronavirusdan ölənlərin sayı 3400-ə çatıb

İtaliyada yeni növ koronavirusdan ölənlərin sayı 427 nəfər artaraq 3405 nəfərə çatıb.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib. Yeni məlumat onu göstərir ki, İtaliyada ölüm halları Çində qeydiyyata alınandan (3245) çoxdur. “Sağalanların sayı 4440-a çatıb, yoluxanların sayı 4480 nəfər artaraq 33190 nəfər olub”, - deyə A.Borrelli bildirib.

Sağalanlar və ölənlər də daxil olmaqla İtaliyada koronavirusa ümumilikdə 41 mindən çox insan yoluxub.

Yeni növ koronavirusa yoluxma 2019-cu ilin sonunda Mərkəzi Çində qeydə alınıb, sonralar 140-dan çox ölkəyə yayılıb və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi tanınıb. Son məlumata görə, dünyada koronavirusa 210 mindən çox insan yoluxub, 8,5 mindən çox insan bu xəstəlikdən ölüb.