logo

Abşeron dairəvi dəmir yolu bayram günlərində işləyəcək

19:15 19-03-2020 | icon 2898
Abşeron dairəvi dəmir yolu bayram günlərində işləyəcək

Martın 20-dən Abşeron dairəvi dəmir yolu bütün stansiya və dayanacaqlar daxil olmaqla sərnişinlərin ixtiyarına verilir. Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli müəyyənləşib.

 YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumatda bildirilib. Məlumatda sərnişinlərin nəzərinə çatdırılır ki, qatarların aşağıda verilmiş keçiddəki hərəkət qrafiki məhz bayram günləri üçün nəzərdə tutulub.

Cədvəl martın 20-dən 28-dək (martın 28-i də daxil olmaqla) qüvvədə olacaq. Qatarların həmin tarixdən sonrakı hərəkət cədvəli barədə əlavə məlumat veriləcək.

Qatarların hərəkət qrafiki və tariflərlə daha ətraflı aşağıdakı linkdəki cədvəllərdə tanış olmaq mümkündür: https://ady.az/az/news/read/1726/43