logo

Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa olunub

18:10 19-03-2020 | icon 1967
Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa olunub

Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir.

 YeniAvropa xəbər verir ki, bu barədə QSC-nin mətbuat katibliyi şöbəsindən bildirilib.Qeyd edilib ki, 19-20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik, Bakı-Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb.

Qatarlar martın 20-si və 21-də geriyə sərnişinsiz geri qayıdacaq.