logo

Paytaxtda “Toyota”nın vurduğu piyada hadisə yerində öldü

17:50 19-03-2020 | icon 3787
Paytaxtda “Toyota”nın vurduğu piyada hadisə yerində öldü

Paytaxtın Nizami rayonu ərazisində - H.Əliyev prospektində yolu keçən paytaxt sakini Elmar Bədəlov Bakı şəhər sakini F.Şeydayevin idarə etdiyi “Toyota” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.