logo

Bakıdan Kiyev, Moskva və Rostova gedən qatarlar dayandırılır

17:14 19-03-2020 | icon 2156
Bakıdan Kiyev, Moskva və Rostova gedən qatarlar dayandırılır

Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti dayandırılır.

 YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsindən bildirilib.Qeyd edilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il martın 18-i saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. Bununla əlaqədar martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının, martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır.

Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-si saat 3:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır.