logo

Rayon qeydiyyatında olanların regionlara gedişi təmin olunur

14:32 19-03-2020 | icon 231
Rayon qeydiyyatında olanların regionlara gedişi təmin olunur

Martın 19-dan 21-dək rayon qeydiyyatında olanların, eləcə də Bakı, Sumqayıt və Abşeron sakinlərinin regionlara gedişi təmin edilir.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahla razılaşdırılaraq martın 19-dan 21-dək Bakı qeydiyyatı olmayan sərnişinlərin, eləcə də, Bakı, Sumqayıt və Abşeron sakinlərinin regionlara gedişləri təmin olunur. Üç gün müddətində Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi iş qrafiki ilə fəaliyyət göstərəcək. Martın 27-28-də isə yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan olan sərnişinlərin geri dönüşü təmin olunacaq.