logo

İlisu kəndinə 10 sm qar yağıb

11:07 19-03-2020 | icon 2121
İlisu kəndinə 10 sm qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti bir neçə gündür davam edir. Havanın temperaturu xeyli aşağı düşüb. Bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.

YeniAvropa xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 10-12 santimetr təşkil edir. Yağan qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.

Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.