logo

"AZAL" Budapeşt və İstanbuldan daha 360 soydaşımızı Bakıya gətirib

10:34 19-03-2020 | icon 1890
"AZAL" Budapeşt və İstanbuldan daha 360 soydaşımızı Bakıya gətirib

Martın 19-na keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.

YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"ın mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, bu, Azərbaycanın milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir. Dünən Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.

Həmçinin martın 19-na keçən gecə İstanbul- Bakı istiqaməti üzrə 237 Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.

"AZAL" və “Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcək.