logo

171 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirildi

22:49 18-03-2020 | icon 2156
171 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirildi
 
"Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 18-də üç çarter reysi yerinə yetirib. Ümumilikdə isə bu gün 171 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.
YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib. Qeyd edilib ki, reyslər  Moskvanın "Domodedovo" və "Vnukovo" hava limanından həyata keçirilib. Sonuncu çarter reysi "Airbus A340" tipli təyyarə ilə Moskvanın "Vnukovo" hava limanından yerinə yetirilib və 52 Azərbaycan vətəndaşı Bakıya yola salınıb.
Məlumatda  qeyd edilib ki, martın 19-da daha iki aviareysin yerinə yetirilməsi nəzərdə tutulub.
Xatırladq ki, martın 16-da Azərbaycanın baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub. Telefon danışığı zamanı koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.
Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.