logo

ATƏT cəbhə bölgələrində keçirdiyi monitorinqlərini dayandırır

22:15 18-03-2020 | icon 266
ATƏT cəbhə bölgələrində keçirdiyi monitorinqlərini dayandırır
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində,eləcə də dövlətlərin sərhəddində keçirdiyi monitorinqlərini dayandırır.
YeniAvropa xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin bəyanatında qeyd edilib.
 
"Koronavirusun yayılması ilə əlaqədar mövcud vəziyyət bütün bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli heyətin səyahətləri üçün məhdudiyyətlərə səbəb oldu. İnfeksiya riskini azaldılması üçün, həmçinin şəxsi təmaslara da məhdudiyyətlər mövcuddur. Yuxarıda göstərilənlərə əsasən və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər aradan qaldırılana qədər monitorinqlərin dayandırılması qərara alındı. Eyni zamanda, mən müvafiq hərbi hakimiyyətlərlə əlaqə saxlamağa davam edirəm",-deyə bəyanatda bildirilir.
 
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu 1997-ci ildə Rusiya, ABŞ və Fransanın həmsədrliyi üzrə formalaşıb.
 
23 ildir həmsədrlər münaqişənin tənzimlənməsi üçün regiona müxtəlif səfərlər edir, cəbhə xəttində monitorinqlər keçirir və ölkə liderlərinin görüşlərini təşkil etməyə çalışırlar.