logo

 “Tokio-2020” Yay Olimpiya  Oyunları təxirə salınmayacaq

20:50 18-03-2020 | icon 357
 “Tokio-2020” Yay Olimpiya  Oyunları təxirə salınmayacaq

“Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunları təxirə salınmayacaq. Hər iki yarış bu il nəzərdə tutulduğu vaxtda reallaşacaq.

YeniAvropa xəbər verir ki, bu fikri martın 18-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Avropa Olimpiya Komitələrinin və Avropa ölkələrinin üzv Milli Olimpiya komitələrinin rəhbər şəxsləri ilə təşkil etdiyi videokonfransda səsləndirib. Videokonfransda Olimpiya Hərəkatının koronavirusla bağlı tədbirlər planı müzakirə olunub.

Müzakirələrdə bildirilib ki, Olimpiadanın təxirə salınacağı ilə bağlı aparılan mülahizələr yolverilməzdir. Bu mülahizələr beynəlxalq birjalarda Yaponiya hökuməti səhmlərinin qiymətinin 16 faiz aşağı düşməsi ilə yanaşı, başqa mənfi nəticələrə də yol açır.

Tomas Bax bildirib ki, BOK Milli Olimpiya komitələri və beynəlxalq idman federasiyaları ilə birgə Olimpiadanın keçirilməsi üçün bütün mümkün tədbirləri reallaşdırmaqda maraqlıdır. “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziyaların yarıdan çoxunun (57 faiz) təmin olunduğunu xatırladan BOK prezidenti lisenziya yarışları təxirə salınan idman növləri üçün Olimpiya qanunlarına uyğun tədbirlər görülməsinin və ya əlavə kvotanın ayrılmasının mümkünlüyünü də vurğulayıb.