logo

Futzal üzrə Çempionlar Liqasının "dördlər" finalı təxirə salınıb

19:55 18-03-2020 | icon 2856
Futzal üzrə Çempionlar Liqasının "dördlər" finalı təxirə salınıb

Futzal üzrə Çempionlar Liqasının "dördlər" finalı koronavirusa görə təxirə salınıb.

 YeniAvropa  UEFA-nın saytına istinadla xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Turnir aprelin 24-də və 26-da Belarusun paytaxtı Minskdə keçirilməli idi.

Qeyd edək ki, yarımfinal oyunlarında “Barselona” (İspaniya) – KPRF (Rusiya) və “Mursiya” (İspaniya) – “Tümen” (Rusiya) komandaları qarşılaşacaqdı.