logo

İranda son sutkada koronavirusdan 145 nəfər ölüb

19:17 18-03-2020 | icon 280
İranda son sutkada koronavirusdan 145 nəfər ölüb

İranda son 24 saatda koronavirusa yoluxanlardan 145 nəfəri həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə  İran səhiyyə nazirinin müavini Əlirza Rəisi məlumat verib. Onun sözlərinə görə, ümumilikdə virusdan ölənlərin sayı 1135-ə, yoluxanların sayı isə 17 min 361 nəfərə çatıb. Bununla yanaşı, 5 min 710 nəfər xüsusi xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin sərəncamına əsasən, böyük şəhərlərin həbsxanalarındakı məhkumlar müvəqqəti olaraq evə buraxılıb.

İranlı alim Mustafa Qəninin koronavirusun müalicəsi üçün yeni dərmanı testdən keçirilib və səmərəli olduğu bildirilib. Xüsusi xəstəxanalarda müalicə olunanlar məhz M.Qəninin hazırladığı preparat vasitəsilə sağaldılıblar.

Bu arada Almaniya, Böyük Britaniya və Fransa İrana tibbi ləvazimat və preparatlardan ibarət 5 milyon avro həcmində yardım göstərib. Böyük Britaniyanın İrandakı səfiri Rob Makkayer bildirib ki, İrana əlavə yardım olunacaq. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqına yardıma görə xalq adından təşəkkür edib.

Dünya Valyuta Fondu açıqlama verərək diqqətə çatdırıb ki, İranın koronavirus ilə mübarizəni gücləndirmək üçün 5 milyard avro kredit istəyi nəzərdən keçirilir. İRNA agentliyi yazır ki, fondun nümayəndələri ilə İran rəsmiləri arasında görüş keçirilib.