logo

Məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər dayandırıldı

13:28 18-03-2020 | icon 2170
Məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər dayandırıldı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus pandemiyası ilə bağlı məlumat yayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  QMİ-nin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, hazırda bütün dünyada sürətlə yayılmaqda olan koronavirusun bilavasitə təmaslar vasitəsilə yoluxaraq insan həyatına ciddi təhlükə yaratdığını və bununla əlaqədar ölkə ərazisində bütün kütləvi tədbirlərin ləğv olunduğunu nəzərə alaraq, eyni zamanda, təxirəsalınmaz sanitar-epidemioloji tədbirlər görülməsi məqsədilə məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər müvəqqəti olaraq dayandırılır.

Qeyd olunur ki, bu qərar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının, səlahiyyətli nümayəndələrinin və ölkəmizdəki dini konfessiya rəhbərlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq qərarının müzakirə olunduğu birgə iclasında qəbul edilib.

Həmçinin vurğulanır ki, dindarlardan bu qərara əməl etmələri tələb olunur.