logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

13:11 18-03-2020 | icon 259
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 31 cinayətin üstünü "isti izlər"lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən,  borclu şəxs qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 Respublikanın avtomobil yollarında baş vermiş 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16,qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.