logo

Gürcüstan Ali Məhkəməsinə qadın rəhbərlik edəcək

20:51 17-03-2020 | icon 2338
Gürcüstan Ali Məhkəməsinə qadın rəhbərlik edəcək

Gürcüstan parlamentinin martın 17-də keçirilən iclasında Ali Məhkəmənin sədri vəzifəsinə seçki olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu vəzifəyə lehinə 82 səslə hakim Nino Kadaqidze seçilib. Onun əleyhinə səs verən olmayıb.

Parlamentin sədri Arçil Talakvadze N.Kadaqidzeni təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Gürcüstan Ali Məhkəməsi sədrinin vəzifəsi indiyədək boş idi. Gürcüstanın Ali Ədliyyə Şurası martın 11-də N.Kadaqidzenin namizədliyini irəli sürmüşdü.