logo

İtaliyada qalan soydaşlarımız çarter reysi ilə Bakıya gətirilir

20:15 17-03-2020 | icon 2359
İtaliyada qalan soydaşlarımız çarter reysi ilə Bakıya gətirilir

Azərbaycanın İtaliyadakı səfirliyi Roma şəhərindən çarter reysi ilə Bakıya yola düşəcək vətəndaşlarımıza müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə səfirlikdən bildiriblər, Qeyd edilib ki, martın 17-də saat 20:00-da Roma şəhərinin Fiumicino hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsi nəzərdə tutulur.

İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar İtaliyadan ölkəmizə qayıtmaq istəyi ilə səfirliyə müraciət edərək qeydiyyatdan keçmiş Azərbaycan vətəndaşlarının Fiumicino hava limanının 3-cü terminalında 326-327-328 saylı qeydiyyat masalarına yaxınlaşmaları və növbə gözləyərkən öz aralarında bir metrlik təhlükəsizlik məsafəsinə riayət etmələri xahiş olunur.

Zərurət yaranacağı təqdirdə vətəndaşlardan səfirliyin bu nömrələri ilə əlaqə saxlaya bilərlər: Telefon nömrəsi: 06 85305557, “Qaynar xətt”: 349 8155582.