logo

Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu

19:42 17-03-2020 | icon 2023
Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni koronavirus infeksiyasına daha 6 yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.