logo

"AZAL" daha 157 azərbaycanlını Türkiyədən Bakıya gətirdi

18:16 17-03-2020 | icon 2443
"AZAL" daha 157 azərbaycanlını Türkiyədən Bakıya gətirdi

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hökumətin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün bu gün Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.

 YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan  bildirilib. Qeyd edilib ki, bu reyslə 157 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb.

Bu, Türkiyədən yerinə yetirilən 3-cü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 ölkə vətəndaşı gətirilib.

"Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək. Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hal-hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər", - deyə məlumatda qeyd olunur.