logo

Tramp: ABŞ-da koronavirus epidemiyası avqustda sona çata bilər

14:31 17-03-2020 | icon 2485
Tramp: ABŞ-da koronavirus epidemiyası avqustda sona çata bilər

ABŞ hakimiyyəti ölkədə yeni koronavirusun səbəb olduğu xəstəlik epidemiyasının iyul-avqust aylarında başa çatacağını güman edir.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, bu ehtimal hakimiyyətin öz vəzifələrinin öhdəsindən gələcəyi və ölkədə ölüm səviyyəsini aşağı salacağı təqdirdə özünü doğrulda bilər.

Donald Tramp, həmçinin ABŞ iqtisadiyyatının yeni koronavirusla bağlı vəziyyət fonunda geriləməyə doğru gedə biləcəyini də bildirib.

Bir qədər öncə əsas indekslərin kəskin ucuzlaşması ilə bağlı Nyu-York fond birjasında hərraclar müvəqqəti olaraq dayandırılıb. “The Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, ucuzlaşma ölkənin mərkəzi bankı funksiyasını icra edən Federal Ehtiyatlar Sisteminin koronavirusun yayılması ilə bağlı meydana çıxan risklərlə mübarizə çərçivəsində faiz dərəcələrini 0-0,25-ə qədər azaltması ilə bağlıdır.

Son məlumata əsasən, ABŞ-da koronavirusa yoluxma halları 4008-ə, ölənlərin sayı isə 70 nəfərə yüksəlib.