logo

"AZAL" 237 Azərbaycan vətəndaşını İstanbuldan Bakıya gətirib

22:43 16-03-2020 | icon 2100
"AZAL" 237 Azərbaycan vətəndaşını İstanbuldan Bakıya gətirib

Martın 16-da 237 Azərbaycan vətəndaşı İstanbuldan Bakıya gətirilib.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, Azərbaycanın milli aviadaşıyıcısı Türkiyə və Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar hökumətin tapşırığı ilə Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 16-da Bakı-İstanbul-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirib. Saat 22:04 radələrində Bakıya enmiş həmin reys ilə 237 Azərbaycan vətəndaşı İstanbuldan vətənə qaytarılıb.

Xatırladaq ki, daha əvvəl martın 15-də İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı gətirilib.

Daha öncə məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda “qaynar xətt” yaradılıb. “Qaynar xətt”in nömrəsi: +90537 282 67 40