logo

Azərbaycanın Belarusa gönderdiyi neft tanker Odessa limanına çatıb

18:49 16-03-2020 | icon 266
Azərbaycanın Belarusa gönderdiyi neft tanker Odessa limanına çatıb

Belarus üçün Azərbaycan nefti gətirən ikinci tanker Odessa dəniz limanına daxil olub, sabah treyderlərin neft tankerinin Klaypedeya gəlişi gözlənilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib. “Azərbaycan nefti daşıyan ikinci tanker dünən Odessanın “Yujnı” dəniz limanına boşaldılma üçün yan alıb”, - deyə Aleksandr Tişenko qeyd edib.

Xatırladaq ki, Belarusun  Azərbaycandan neft tədarükü ilə bağlı razılıq martın 2-də Belarusun baş naziri Sergey Rumas ilə SOCAR prezidenti Rövnəq Abdullayevin görüşündə əldə edilib. Razılaşmaya əsasən SOCAR mart ayında Belarusa 250 min tona yaxın neft göndərəcək. Üç tankerdən birincisi Odessaya martın 12-də çatıb. "Belneftexim" konserninin sədri Andrey Rıbakov bildirib ki, SOCAR 2020-ci ildə Belarusa 1 milyon ton neft göndərə bilər. Bundan əlavə, Belarus üçün nəzərdə tutulan daha dörd tankerin bu ilin martında Klaypeda dəniz limanına gəlməsi gözlənilir. Onlardan birincisi Litva dəniz limanına martın 4-də daxil olub.

Qeyd edək ki, Belarusla qiymətlərdə razılaşma əldə olunmadığına görə, Rusiyanın iri neft şirkətlərindən neft alınması yanvarın 1-də dayandırılıb. Baş Nazirin birinci müavini Dmitri Krutoyun sözlərinə görə, Belarus Rusiya neft şirkətlərinə əvvəlki həcmdə pul ödəməyi iqtisadi cəhətdən səmərəsiz və mənasız sayır. Baş nazir Sergey Rumas martın 11-də bildirib ki, Belarus Rusiyaya neft təchizatı ilə bağlı yeni təkliflər təqdim edib.

Belarus neft emalı zavodlarına mart ayında müxtəlif mənbələrdən neft təchizatının ümumi həcmi təxminən 1 milyon ton təşkil edəcək. Bu zavodlar yanvar və fevral aylarında gücünün 50 faizi ilə işləyib və təxminən 1,8 milyon ton neft emal olunub.