logo

Azərbaycan prezidenti irlandiyalı həmkarını təbrik etdi

17:08 16-03-2020 | icon 2051
Azərbaycan prezidenti irlandiyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev İrlandiyanın milli bayramı münasibətilə prezident Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Ölkənizin milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və İrlandiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, uğurlar, xalqınıza rifah arzulayıram".