logo

Bəylər Eyyubov prezidentin Təhlükəsizlik Xidmətinin rəisi oldu

17:31 16-03-2020 | icon 2219
Bəylər Eyyubov prezidentin Təhlükəsizlik Xidmətinin rəisi oldu

Prezident İlham Əliyev martın 16-da Bəylər Eyyubovun Azərbaycan Respublikası prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: 

"Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilsin".

Xatırladaq ki, Bəylər Eyyubov 11 mart 1951-ildə  Ermənistanda anadan olub. 

2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini təyin edilib. 25.12.2013 ildən general-polkovnik rütbəsini daşıyır.