logo

Gürcüstan sərhədlərini bütün xarici ölkə vətəndaşları üçün bağlayır

16:09 16-03-2020 | icon 2450
Gürcüstan sərhədlərini bütün xarici ölkə vətəndaşları üçün bağlayır

Gürcüstan hökuməti martın 18-dən etibarən dövlət sərhədlərini bütün xarici ölkə vətəndaşları üçün bağlayacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə Gürcüstanın baş nazirinin mətbuat katibi İrakli Çikovani martın 16-da keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hökumətin qəbul etdiyi qərara əsasən qadağa iki həftə ərzində qüvvədə olacaq.

"Xarici ölkələrdə olan Gürcüstan vətəndaşlarına vətənə hava nəqliyyatı vasitəsilə dönmələri üçün şərait yaradılacaq",--deyə İ.Çikovani bildirib.